ÜST "Sinovac"ın 60 yaşdan aşağı şəxslərə təsirinə dair tədqiqatın nəticələrini açıqlayıb
07.05.2021 23:25

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan COVID-19 virusu əleyhinə “CoronaVac” vaksininin müxtəlif yaş qrupları üzrə qiymətləndirilməsi çərçivəsində 60 yaşdan aşağı şəxslər üçün peyvəndin təsirinə dair araşdırmanın nəticəsini açıqlayıb. ÜST “CoronaVac” vaksininin 60 yaşdan aşağı şəxsləri yeni növ koronavirusdan qorumaq üçün təhlükəsiz və effektli hesab edir.

 

Digər yaş qrupları üzrə qiymətləndirmənin nəticələri qarşıdakı günlərdə elan olunacaq.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) “CoronaVac” peyvəndinin Çin, Braziliya, Türkiyə, İndoneziya və Çilidə aparılmış 3-cü mərhələ kliniki sınaqlarının nəticələrinə əsasən belə fikrə gəlib. Ekspertlər hesabatlarında “CoronaVac” peyvəndinin 2 dozasının 18-59 yaşlı şəxslərin COVID-19 virusuna yoluxmasının qarşısını aldığına çox əmin olduqlarını bildiriblər.

 

Qeyd edək ki, SAGE bir müddət əvvəlki hesabatlarında da “Sinovac” şirkətinin peyvəndinin COVID-19 infeksiyasına qarşı təhlükəsizlik və yaxşı effektivlik göstərdiyini qeyd etmişdi.

 

Bir neçə gün əvvəl Avropa Dərman Agentliyi (EMA) “Sinovac” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvəndin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib.

 

"Sinovac" şirkətinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinlər Çin də daxil olmaqla bir neçə ölkədə təcili və kütləvi istifadə üçün təsdiqlənib. Bu vaksinlər Avropa, Latın Amerikası, Afrika və Asiyanın 32 ölkəsində, o cümlədən, Türkiyədə, Braziliyada, İndoneziyada, Malayziyada, Macarıstanda, Serbiyada vaksinasiya prosesində istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək sifarişçilərə çatdırılıb.

 

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər