Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək
06.05.2021 12:26

“Azərbaycanda səhiyyə işçilərinin 90 faizə qədəri vaksinasiya olunub”.

 

Aztibb.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib. 

 

O, bildirib ki, təhsil sektorunda çalışanlar da bu rəqəmə çatırlar: “Çarpayı rejimində yatan COVID-19 virusuna yoluxanların sayı azalır. 

 

Bugünkü brifinqdə vaksin strategiyasının növbəti mərhələsini elan edəcəyəm. Vaksinin mövsümi xarakter daşıdığı da deyilir, ola bilsin ki, növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyulsun. Ölkəmiz vaksin istehsalçıları ilə daimi əlaqədədir və vaksinlər alınaraq Azərbaycana gətiriləcək. 

 

Bizim ölkəmizdə istifadə olunan bütün vaksinlər təhlükəsizdir. Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər