"Respublikanski"də əkizlər doğuş zamanı ölüb
06.05.2021 09:44

Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib.

 

Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb.

 

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirildiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib