Perinatal Mərkəzdə “Nekrotizan enterokolit” mövzusunda seminar keçirilib
04.09.2026 13:07

Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə “Nekrotizan enterokolit” mövzusunda seminar keçirilib.

 

STM-dən Aztibb.az-a verilən xəbərə görə, seminarı Perinatal Mərkəzin uzman uşaq cərrahı Araz Hüseynov aparıb. Tədbirdə cərrahlar və neonatoloqlar iştirak ediblər.

 

Seminar zamanı yenidoğulmuşlarda, xüsusilə vaxtından əvvəl doğulan körpələrdə rast gəlinən nekrotizan enterokolit xəstəliyi, onun yaranma səbəbləri, əsas klinik əlamətləri, erkən diaqnostikası və müalicə prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin xəstəliyin ağırlaşma riskləri və cərrahi müdaxiləyə ehtiyac yaradan hallar diqqətə çatdırılıb.

 

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Seminarın keçirilməsində əsas məqsəd həkimlərin bu istiqamətdə bilik və praktiki bacarıqlarının artırılması, xüsusilə yenidoğulmuşlarda xəstəliyin erkən aşkarlanması və düzgün müalicə taktikasının müəyyənləşdirilməsinə dəstək olmaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib