Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir
04.09.2026 08:39

Mərkəzi Gömrük Hospitalı pasiyentlərin tibbi xidmətlərdən daha rahat və operativ yararlanması məqsədilə Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir.

 

Aztibb.az-a Hospitaldan bildirilib ki, xidmət vasitəsilə pasiyentlər laborator analizlərin və radioloji müayinələrin nəticələrini Onlayn Şəxsi Kabinet xidmətlərindən istifadə etməklə əldə edə bilərlər. Onlayn Şəxsi Kabinetdən yararlanmaq üçün pasiyentlər Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsinə daxil olaraq “Onlayn Şəxsi Kabinet” bölməsini seçməlidirlər.

 

Sistemə giriş zamanı L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodu daxil edilir. Giriş həyata keçirildikdən sonra pasiyent kabinetdə laborator analiz nəticələrinə və radioloji müayinələrin cavablarına baxa və onları əldə edə bilər.

 

L-kart nömrəsi necə əldə edilir?

 

Onlayn Şəxsi Kabinetə giriş üçün tələb olunan L-kart nömrəsi Mərkəzi Gömrük Hospitalının Qeydiyyat şöbəsindən əldə edilə bilər.

 

Pasiyentlərin xidmətdən daha rahat istifadə etməsi üçün Onlayn Şəxsi Kabinetin istifadə qaydalarını ətraflı izah edən videobələdçi  təqdim edilir. Videoda sistemə giriş, kabinetdən istifadə və müayinə nəticələrinin onlayn əldə edilməsi mərhələləri ardıcıl şəkildə nümayiş etdirilir.

 

Onlayn xidmətlə bağlı hər hansı sual və ya texniki çətinlik yarandıqda pasiyentlər (012) 404 08 08 nömrəsi ilə Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə müraciət edə bilərlər.

 

Mərkəzi Gömrük Hospitalı pasiyentlərin rahatlığının təmin edilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və rəqəmsal səhiyyə imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub