Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti Almaniyada
03.09.2026 08:44

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova rəhbərliyində nümayəndə heyəti Almaniyada kardiologiya və tibbi texnologiyalar sahəsində aparıcı yeniliklərlə tanış olub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində Siemens Healthineers-in Forchheim şəhərində yerləşən innovasiya və istehsal mərkəzində müasir KT və MRT texnologiyaları, süni intellekt əsaslı görüntüləmə imkanları, həmçinin yeni nəsil foton sayğaclı sensor texnologiyaları təqdim edilib.

 

Nümayəndə heyəti Erlangen Universitet Klinikasında kardiologiya, angioqrafiya, radiologiya və müasir görüntüləmə sistemləri ilə də tanış olub.
Səfərin əsas istiqamətlərindən biri müasir tibbi texnologiyaların Azərbaycanda kardiologiyanın inkişafına tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Münhen şəhərində keçirilən görüşlərdə Siemens Healthineers rəhbərliyi ilə müasir kardiologiyanın gələcəyi, innovativ texnologiyalar və ürək-damar xəstəliklərinin erkən aşkarlanması imkanları müzakirə edilib.

 

Professor Gülnaz Dadaşova qeyd edib ki, bu cür beynəlxalq təcrübə mübadiləsi Azərbaycanda kardioloji xidmətlərin daha da inkişaf etdirilməsi və ən müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı my.gov.az portalı üzərindən aparılacaq
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Qəbul imtahanında 700 bal toplayan Sumqayıt məktəblisi Azərbaycan Tibb Universitetini seçib
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Şəkidə növbəti səyyar oftalmoloji aksiya təşkil edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Hadrut qəsəbə sakinləri üçün növbəti səyyar tibbi müayinə təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib