Hindistanda xəstəxanalar çarpayı və tibbi ləvazimat çatışmazlığından pasiyent qəbulunu dayandırır
03.05.2021 13:00

Hindistanda bir çox xəstəxana çarpayı və tibbi ləvazimat, o cümlədən ağır xəstələr üçün oksigen ehtiyatı çatışmazlığına görə pasiyent qəbulunu dayandırır.

 

Aztibb.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu cür hallar daha çox paytaxt Dehlidə müşahidə olunur. Həmin tibb ocaqlarının rəhərbliyi həyəcan təbili çalaraq, tibbi ləvazimat, xüsusən də oksigen ehtiyatının sürətlə azaldığını bəyan ediblər.

 

Aralarında bir həkim də olmaqla 12 pasiyentin oksigen çatışmazlığı səbəbindən öldüyü paytaxtdakı “Batra”, habelə ötən həftə 20 pasiyentin eyni səbəbdən öldüyü “Jaipur” xəstəxanası da bu cür tibb ocaqlarındandır. “Batra” xəstəxanasının baş həkimi Sudhanşu Bankata jurnalistlərə deyib ki, tibb ocağı yeni xəstə qəbulunu dayandırmaq barədə elan yayıb. Bundan başqa, oksigen ehtiyatının azalması fonunda fəaliyyət göstərməyin mümkünsüz olması barədə hökumətə məlumat verilib. Hazırda 327 COVID-19 pasiyentinin olduğu “Batra” xəstə tutumunu 200-ə endirməyi planlaşdırır. Xəstəxana ancaq o qədər xəstəni müalicə edə biləcəyini bildirib.

 

Qeyd edək ki, hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 368 min yoluxma, virus səbəbindən 3417 ölüm qeydə alınıb. Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyədək ölkədə 19 milyon 992 min yoluxma aşkarlanıb. Pandemiya qurbanlarının sayı 218 min 959, aktiv xəstə sayı 3 milyon 413 min nəfərdir.

 

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər