Baş infeksionist: Koronavirusla bağlı epidemioloji durum müsbət istiqamətdədir
03.05.2021 12:54

Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Bir neçə gündür davamlı olaraq yoluxma hallarının sayında azalma qeydə alınır. Bununla yanaşı, COVID-19-dan sağalanların sayının yeni yoluxma hallarını üstələməsi sevindiricidir. Aktiv xəstələrin sayının azalması səhiyyəyə düşən yükün azalması deməkdir. Hesab edirəm ki, bu tendensiya davam edəcək.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

O, bildirib ki, müsbət tendensiyanın səbəbləri hamını düşündürür: “Keçən ilin mart ayı ilə indiki dövrü müqayisə etsək, görərik ki, o zaman bizim qorunma alətlərimiz yalnız sərt karantin tədbirləri, fərdi qoruyucu vasitələrdən istifadə və gigiyena qaydalarına əməl olunması idi. Hazırda siyahıya bir neçə amil də əlavə olunub. Bunlardan ən önəmlisi vaksinasiya prosesidir. Yanvarın 18-dən başlayan vaksinasiya hazırda uğurla davam edir. İki doza alanların sayı yarım milyonu ötüb. Həmin şəxslər immunitet əldə etmiş və qoruyuculuğu yaranmış insanlardır. Lakin onların sayı azdır və bu, bizi qane edə bilməz. Digər tərəfdən, xəstələnib təbii yolla immunitet qazanan insanlar da var. Rəsmi statistikaya görə, onların sayı 320 minin üzərindədir. Bilirik ki, həmin statistika heç də tam mənzərəni əks etdirmir. Virusa yoluxanların sayı dəfələrlə çoxdur. Bu, bütün dünyada belədir. Xəstəliyi simptomsuz keçirənlər, qeydiyyata düşməyənlər çoxdur. Onların hamısında bu və ya digər dərəcədə təbii immunitet formalaşır. Həm vaksinasiya olunanlar, həm xəstəliyi istər simptomatik, istərsə də assimptomatik keçirənlər immunlaşmış təbəqəni əmələ gətirirlər. Belə insanların sayı gündən-günə artır. Vaxt keçdikdə immunlaşmış, xəstəliyə həssas olmayan insanların sayı artır ki, bu da yoluxma hallarının azalmasında özünü göstərməlidir.

 

Müsbət dinamikada əhalinin müəyyən qədər maariflənməsi də mühüm rol oynayır. Vətəndaşların əksəriyyəti öz ətrafında, yaxınlarında infeksiyaya yoluxma, hətta ağırlaşma və ölüm hallarının şahidi oldu. Həm aparılan maarifləndirmə işləri, həm də vətəndaşların şəxsi təcrübəsi onları koronavirusa inanmağa sövq etdi. Hazırda vətəndaşlar qızıl qaydalara kifayət qədər əməl edirlər. Bunu hər yerdə müşahidə edirik. Bu da müsbət dinamikada rol oynayır. Lakin belə bir tendensiya var. Say azaldıqca arxayınlaşma baş verir və vətəndaşlar bir neçə ay bundan əvvəl yaşananları unudurlar. Nəticədə həmin qaydalara laqeyd münasibət başlayır. Havalar istilənməyə doğru getdiyindən belə vaxtlarda maska istifadəsi fiziki olaraq çətinlik yaradır. Həmçinin azalma baş verdikcə yaxın vaxtlarda yenidən qaydalara etinasız münasibət göstərən vətəndaşların sayının artdığını görəcəyik. Belə olan halda yenidən mənfi tendensiya ilə üzləşə bilərik.

 

Yoluxma saylarının azalmasına təsir edən təbii amilləri də qeyd etmək lazımdır. Ola bilər ki, onlar birbaşa yox dolayı yolla təsir göstərirlər. Belə ki, havaların isinməsi ilə əlaqədar insanlar daha çox açıq məkanlara üstünlük verirlər. Qapalı məkanlarda nəfəsliklər açılır, otaqların havası tez-tez dəyişdirilir. Bunlar da yoluxma hallarının müəyyən qədər tempinin azalmasına təsir edirlər. Ümumiyyətlə bir neçə faktorun cəmi hazırkı mənzərənin müşahidə edilməsinə səbəb olur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər