"BioNTech" uşaqların vaksinasiyasına başlayacaq
02.05.2021 11:24

"BioNTech" şirkəti 12-15 yaş qrupu uşaqların vaksinasiyası üçün Avropa Dərman Agentliyinə müraciət edib.

 

Aztibb.az-ın xarici mediaya istinadən xəbər verir ki, agentlik təsdiq etdiyi halda 27 Avropa ölkəsində bu yaş qrupundakı uşaqlara peyvənd vurulmasına başlanılacaq. Eyni zamanda "Təcili istifadə icazəsi" üçün Amerika Qida və Dərman Təhlükəsizliyi idarəsinə də müraciət ünvanlanıb.

 

Qeyd edək ki, şirkət ABŞ-da 12-15 yaş qrupunda 260 uşaq üzərində apardığı tədqiqatda peyvəndin 100 faiz effektli olduğunu sübut edib.

 

Açıqlamada əks təsirlərin 16-25 yaş qrupuna təsadüf edəcəyi bildirilib.

 

Əgər Avropa Dərman Agentliyi təsdiq edərsə, 12-15 yaş qrupundakı uşaqların vaksinasiyasına iyun ayının ortalarında start veriləcək.

 

Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün elmi qiymətləndirmə və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər