Burun və boğazda ağrı, qızdırma hallarında xəstəxanaya müraciət etməyə ehtiyac yoxdur
30.04.2021 16:51

“COVID-19 xəstəliyinin müalicəsi ev şəraitində o halda aparıla bilər ki, ağırlaşmamış olsun, simptom müşahidə olunmasın və xəstənin hərarəti az və keçib gedən olsun”.

 

Bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə COVID-19-un müalicəsi ilə bağlı canlı yayımda bildirib.

 

O, qeyd edib ki, burun və boğazda ağrı, qızdırma hallarında xəstəxanaya müraciət etməyə ehtiyac yoxdur. Əgər hərarət davamlı olaraq 38 və daha yüksəyə qalxırsa və öz-özünə düşmürsə, dərhal həkimə müraciət olunmalıdır. Bu o deməkdir ki, çox güman ki, orqanizmdə iltihab var.

 

“Əgər quru, boğucu öskürək başlayırsa, bu da ağciyərlərin zədələnməsi deməkdir. Halsızlıq həddindən artıq çoxdursa, bu, sizi həkimə getməyə məcbur etməlidir. Həmçinin xəstələr ev şəraitində saturasiyanı ölçə bilərlər. Əgər saturasiya 93-dən aşağı düşürsə, həkimə müraciət olunmalıdır. Xəstəlik yüngül keçirsə, müalicəyə ehtiyac yoxdur. Kompleks vitaminlər, sink və selen qəbul etmək olar. Bu şəxslərin digər hər hansı preparat və antibiotiklərdən istifadəsi qadağandır”.

 

Həkim həmçinin bildirib ki, koronavirusun əvvəlki ştammlarında 2 həftədən sonra yaxma neqativ çıxırdı. Lakin Britaniya və digər ştammlarda 28-ci sutkaya qədər yaxma pozitiv çıxır. Bu o deməkdir ki, virus orqanizmdə davam edir: “Mən tövsiyə edərdim ki, yoluxan şəxslər 28 gün ərzində heç kəslə kontaktda olmasınlar”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi