Koronavirus dərmanı 2021-ci ilin sonunda satışa çıxarılacaq
30.04.2021 10:27

"Pfizer" şirkətinin baş direktoru Albert Bourla COVID-19 dərmanının 2021-ci ilin sonuna qədər satışa çıxarılacağını bildirib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, A.Bourla "PF-07321332" adlı dərman preparatının fərqli koronavirus variantları ilə mübarizədə əvvəlki dərmanlardan daha təsirli nəticə verə biləcəyini deyib.

 

Dərmanın ilkin mərhələdə virusla mübarizə üçün effektivliyi bilinir.

 

"PF-07321332" dərmanını xəstələrin xəstəxanaya yerləşdirilməsinə və ya kritik baxım altında olmasına ehtiyac olmadan, infeksiyanın ilkin əlamətlərində təyin oluna bilən potensial bir oral terapiya vasitəsi olaraq hazırladıq", - deyə "Pfizer"in elmi direktoru Mikael Dolsten qeyd edib.

 

Dərman antiviral dərman funksiyasını həyata keçirir və virusun insan orqanizmində çoxalmasının qarşısını alır. O, mart ayının əvvəlində birinci mərhələdən uğurla keçib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər