Qubanın qocaman mama-ginekoloqu Lalə Qarayevanın 70 illik yubileyi qeyd edilib
30.04.2021 10:16

Quba rayonunda ginekologiya sahəsinin inkişafında müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş, xeyirxah və qayğıkeş insan, Quba Regional Perinatal Mərkəzinin Doğum şöbəsinin müdiri, mama-ginekoloq Lalə Qarayevanın 70 yaşı tamam olub. 

 

Aztibb.az xəbər verir ki, mərkəzdə qocaman həkim Lalə Qarayevanın yubileyi qeyd olunub. Yığıncaqda Quba Regional Perinatal Mərkəzinin rəhbərliyi və kollektivi, eləcə də rayon Mərkəzi Xəstəxanasının direktoru iştirak ediblər. 

 

Yubilyara 70 illiyi və əmək fəaliyyətində göstərdiyi xidmətlərə görə Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən Fəxri Fərman təqdim olunub.

 

Qeyd edək ki, Lalə Qarayeva Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Qubada fəaliyyət göstərməyə başlayıb. Həyatını işinə və ailəsinə həsr edən tanınmış həkim Qubanın artıq 3 nəslinin dünyaya gəlməsinə yardım edir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır