Yoğun bağırsağın bədxassəli şişi və hissəvi bağırsaq keçməzliyi diaqnozu qoyulan pasiyent uğurla əməliyyat olunub
07.08.2026 13:32

ATU-nun Ümumi Cərrahlıq kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayev tərəfindən yoğun bağırsağın bədxassəli şişi və hissəvi bağırsaq keçməzliyi diaqnozu qoyulan xəstə üzərində mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.

Professor E.Ağayev Aztibb.az-a bildirib ki, pasiyentdə aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində yoğun bağırsağın bədxassəli yeni törəməsinin bağırsaq mənfəzini daraldaraq hissəvi bağırsaq keçməzliyinə səbəb olduğu müəyyən edilib. Xəstənin vəziyyəti multidissiplinar yanaşma çərçivəsində qiymətləndirildikdən sonra cərrahi müalicəyə göstəriş qoyulub.

İcra olunan əməliyyat zamanı sol tərəfli hemikolektomiya aparılıb. Cərrahi müdaxilə çərçivəsində şişlə zədələnmiş yoğun bağırsaq seqmenti onkoloji prinsiplərə uyğun şəkildə, regional limfa düyünləri ilə birlikdə xaric edilib. Daha sonra bağırsağın sağlam ucları arasında kolorektal anastomoz yaradılaraq həzm traktının anatomik və funksional tamlığı bərpa olunub. Əməliyyatın əsas məqsədi bədxassəli törəmənin tam rezeksiyasını həyata keçirmək, bağırsaq keçməzliyini aradan qaldırmaq, xəstəliyin irəliləməsinin qarşısını almaq və pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmaq olub.

Əməliyyat uğurla başa çatıb, xəstə əməliyyatdan sonrakı dövrdə həkim nəzarəti altında müalicəsini davam etdirir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub