İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
03.08.2026 11:06

Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş Balakən Gömrük İdarəsində maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Əməliyyat-İstintaq Baş İdarəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də Balakən Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Tədbir çərçivəsində DGK Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev “İnsan alveri ilə mübarizədə gömrük əməkdaşlarının rolu” mövzusunda təlim keçirib.

 

Hüquq, tibb və psixologiyanın kəsişməsində hazırlanmış təlim zamanı insan alverinin əsas formaları və yaratdığı təhlükələr, potensial qurbanların müəyyən edilməsi, onlarla düzgün ünsiyyətin qurulması, risk əlamətlərinin vaxtında aşkar edilməsi, həmçinin belə hallarla qarşılaşan gömrük əməkdaşlarının fəaliyyət alqoritmi barədə praktiki məlumatlar təqdim olunub.

 

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, real iş şəraitində rast gəlinən vəziyyətlər müzakirə edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?