Maska taxılması heç bir ciddi dəri xəstəliyinə səbəb olmur
30.04.2021 00:04

Koronavirusdan qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Havaların isinməsi ilə əlaqədar bəzi insanlarda dəri maskanın altında tərləyir, qaşınır və xoşagəlməz reaksiya verir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bununla bağlı deyib: “Bəzən maska taxılmasının müxtəlif xəstəliklərə, məsələn, psoriaz, yəni sulu dəmrova səbəb olduğunu deyirlər. Lakin bu, düzgün məlumat deyil. Ekzema, aknelər, ağızətrafı və atopik dermatitlər əmələ gələ bilər, lakin bunlar müalicə olunan xəstəliklərdir. Allergiyaya meyilli olanlar ağız ətrafını 3-5 faizli benzol-peroksid və ya deksoponolla silə bilərlər”.

 

Maska taxan zaman xanımların kremlərdən istifadə etməsi düzgün deyil, çünki həmin kremlər, xüsusilə də tünd rəngdə olan örtücülər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır.

 

Həkimin dediyinə görə, maskadan əvvəl və sonra dəriyə qulluq vacibdir: “Tərkibində qələvi olduğuna və dəri nəmliyini artırdığına görə üz dərisinə çoxlu sabun vurulmamalıdır. Dərinin nəmliyi azalanda isə quruyur, bu isə qırışların və yaxud quruluq seboreyasının əmələ gəlməsinə səbəb olur. Ona görə də köpük, losyon, gel və s. şəklində müxtəlif təmizləyicilərdən istifadə edilməlidir”.

 

Xüsusilə həssas və allergik dərisi olanlar yalnız tibbi maskalardan istifadə etməli və tez-tez yenisi ilə əvəz edilməlidir. Rəngli maskalardan istifadə düzgün deyil. Ev şəraitində hazırlanan parça maskalar isə istifadədən dərhal sonra yuyulmalı və mütləq ütülənməlidir. Bundan başqa tibbi maskanı spirtləyib istifadə etmək olmaz. Bu, üzdə quruluq və digər problemlər yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər