Yeni ştammlar hər zaman meydana çıxa bilər - Hande Harmancı 
29.04.2021 15:22

İndiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına dünyada 150 milyon yoluxma qeydə alınıb, 3 milyondan çox insan bu dəhşətli təhlükənin qurbanı olub.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

O, müsahibəsində COVID-19-a yoluxma ilə əlaqədar son statistikanı da xatırladıb və deyib: “Hazırda dünyanın bir çox ölkəsində COVID-19-a yoluxanların və infeksiya nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir. Hərçənd ki, bir sıra ölkədə peyvəndin tətbiq olunmasından sonra yoluxma saylarında azalma və sabitləşmə yaranıb. Əlbəttə ki, bunlar xoş xəbərlərdir. Azərbaycanda da infeksiyaya qarşı mübarizə ilə əlaqədar olaraq əhəmiyyətli tədbirlər görülür. Bir tərəfdən əl gigiyenası, sosial məsafənin saxlanılması və maska taxılması tədbirləri, digər tərəfdən də əhali arasında peyvəndlənmə tədbirləri davam edir. Lakin bununla yanaşı qorunma tədbirlərinə əməl olunmalıdır, çünki yeni ştammlar hər zaman meydana çıxa bilər. İndiyə qədər görülən bütün tədbirlərin hamısı birlikdə aparılmalıdır. Necə ki, soyuq havada həm papaq, həm əlcək geyinmək, həm şərf bağlamaq, həm də qalın geyinmək lazımdır, COVID-19-dan da qorunmaq üçün bunların hamısı eyni vaxtda edilməlidir - həm peyvəndləmə aparılmalı, həm otaqlar havalandırılmalı, həm də digər tibbi qaydalar ciddi şəkildə gözlənilməlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər