COVID-19-un müalicəsində "Baricitinib" dərmanının effektivliyi təsdiqlənib
26.04.2021 14:34

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yeni növ koronavirusun (COVID-19) müalicəsində "Baricitinib" adlı revmatoid artrit dərmanının istifadəsini təsdiqləyib.

 

Aztibb.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, ABŞ-da "Eli Lily" şirkəti tərəfindən istehsal olunan revmatoid artrit dərmanı "Baricitinib" nazirliyin nəzdindəki ekspertlər heyəti tərəfindən təsdiqlənib.

 

Şirkət dekabr ayında dərmanın təsdiqlənməsi üçün nazirliyə müraciət edib.

 

Bundan əvvəl, ABŞ-da "Baricitinib"in oksigen cihazlarına ehtiyac duyan COVID-19 xəstələrinin müalicəsində tətbiq olunan anti-viral "Remdesivir" dərmanı ilə yanaşı istifadəsi qəbul edilmişdi.

 

Qeyd edək ki, Yaponiya hökuməti indiyə qədər COVID-19 müalicəsində "Remdesivir" və "Steroid deksametazon" dərmanlarını təsdiqləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər