Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı effektiv olan vaksin hazırlayır
25.04.2021 10:20

Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı effektiv olan vaksin hazırlayır

 

Aztibb.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bunu Çinin Dövlət Səhiyyə Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanışan bəyan edib.

 

“Çində ən çox Cənubi Afrika ştammına qarşı təsiri zəif olan “Sinovac” və “Sinopharm” əczaçılıq şirkətlərinin inaktivləşdirilmiş vaksinlərindən istifadə olunur. Hazırda bütün səylərimizi mutasiya olunmuş virusdan qoruya biləcək vaksinin hazırlanmasına sərf edəcəyik”, - deyə o, Quançjou şəhərində Çin Mühəndislik Elmləri İnstitutunun konfransında onlayn çıxış edərkən bildirib.

 

Ekspertin fikrincə, bu peyvənddən sonra onun hansı müddət ərzində insanı koronavirusdan qoruyacağını müəyyənləşdirmək hazırda çətindir.

 

“Cari mərhələdə ölkəmizdə təxminən 50, dünyada isə 200-dən çox vaksin növü hazırlanır. Sual olunur ki, bu preparatlardan hansını hazırlamaq daha məqsədəuyğundur? Səylərimizi bu istiqamətdə düzgün cəmləşdirə biləcəyikmi? Bunlar tezliklə həll etməli olduğumuz vacib problemlərdir”, - deyə Çjun Nanışan yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər