Çində COVID-19 əleyhinə vaksinə ilk patent verildi
17.08.2020 23:59

ÇXR-in Əqli Mülkiyyət İşləri üzrə Dövlət İdarəsi COVID-19 vaksininə ilk patent verib. “RİA Novosti”nin məlumatına görə, bu barədə qurumun saytında yerləşdirilmiş sənəddə deyilir.

 

Patent COVID-19-a qarşı rekombinant vaksini hazırlayan Çin Xalq Azadlıq Ordusunun Hərbi Səhiyyə Elmləri Akademiyası və “CanSino Biologics” şirkətinə verilib.

 

Dərc edilmiş məlumata görə, siçanların və dəniz donuzlarının üzərində aparılan testlər göstərib ki, vaksin yaxşı immunogenliyə malikdir, qısa müddət ərzində orqanizmin intensiv hüceyrə və humoral immun reaksiyasına səbəb ola bilər.

 

Bundan əlavə, vaksin asanlıqla və tez bir zamanda hazırlanır ki, bu da onu qısa müddətdə kütləvi istehsalını təmin edəcək. 

 

Mövcud məlumatlara görə, Çində artıq altı vaksin klinik sınağa buraxılıb. Çin mütəxəssisləri epidemiyanın başlanğıcından bəri COVID-19-dan müxtəlif növ vaksinlərin tədqiqi və hazırlanması ilə məşğul olurlar, lakin insanlar üzərində sınaq üçün yalnız rekombinant və inaktiv vaksinlərin istifadəsinə icazə verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib