Yeni mikroçip COVID-19-un simptomları aşkar edilmədən onu “tanıyacaq”  
23.04.2021 10:00

Pentaqon alimlərinin yaratdığı yeni mikroçip insanda COVID-19 virusu olmasını bu xəstəliyin simptomları aşkar edilmədən onu “tanıya biləcək”.

 

Aztibb.az healthfeedback.org-a istinadla xəbər verir ki, dəri altına yerləşdirilən bu qurğu insanın səhhətini izləməyə, virus və infeksiyaları aşkar etməyə, habelə COVID-19-un “yolunu kəsməyə” imkan verəcək.

 

ABŞ Müdafiə Nazirliyinin komandası tərəfindən yaradılmış bu qurğu simptomları insanın özündən tez aşkar edəcək. Milli səhiyyə xidmətinin məlumatına görə, bu xəstəliyin ən geniş yayılmış simptomları tez-tez öskürmək, yüksək hərarət, dadbilmə və iybilmə qabiliyyətinin itməsidir. Əgər insanda bu simptomlardan hər hansı biri varsa, o, müayinədən keçməli və təcrid olunmalıdır. Lakin araşdırmalar göstərib ki, COVID-19-a yoluxmuş insanlar başağrısı və yorğunluq kimi əlamətlərdən də əziyyət çəkə bilər. Bununla belə, pasiyentlərin təqribən üçdəbir hissəsində bu simptomların heç biri üzə çıxmır.

 

ABŞ Qida Məhsullarının və Dərmanların Keyfiyyətinin Sanitar Nəzarəti Administrasiyası təcili hallarda bu yeni qurğudan istifadə edilməsinə icazə verib. İndiyə qədər 300 pasiyentin müalicəsində yeni qurğu tətbiq olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər