Sloveniya qonşu Xorvatiyadan gələnlərə ev karantini tətbiq edəcək
17.08.2020 20:19

Xorvatiyada yeni növ koronavirusa yoluxanların sayının son günlərdə artmasını nəzərə alaraq, Sloveniya qonşu ölkədən gələn şəxslərə ev karantini tətbiq edə bilər. Ölkənin baş epidemioloqu Boyana Beoviç qonşu ölkədəki vəziyyəti geniş epidemoloji dalğa kimi dəyərləndirib.

Aztibb.az xəbər verir ki, Avstriyanın ardınca Sloveniya da Xorvatiya ilə gediş-gəliş qaydalarını sərtləşdirə bilər. B.Beoviçin rəhbərlik etdiyi ekspertlər qrupu hökumətə Xorvatiyadan gələn bütün şəxsləri ev şəraitində karantinə almağı tövsiyə edib.

Baş epidemioloq bildirib ki, iyun ayının ortalarından etibarən Bosniya və Herseqovina, Serbiya və digər ölkələrdən gələn şəxslərin karantinə alınması Sloveniyadakı epidemioloji mənzərəyə əhəmiyyətli şəkildə müsbət təsir göstərib. Ona görə də, ekspert qrupu eyni nəticənin Xorvatiya ilə bağlı da əldə ediləcəyinə ümid bəsləyir.

 

Son günlərdə Sloveniyada yeni yoluxma hallarının bir hissəsinin (ötən həftə gündəlik 5-6 nəfər, həftə sonu isə 20 nəfərdən artıq) Xorvatiyadan idxal olunması rəsmi qurumları da narahat edir.


B.Beoviç qeyd edib ki, Sloveniya Avropada ən aşağı yoluxma statistikasına malik ölkə olsa da (indiyədək 2416 yoluxma və 129 ölüm halı), bu ölkənin səhiyyə sistemi üçün xaricdən on halın idxalı böyük problemlərə və sistemin yüklənməsinə yol aça bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib