“Pfizer/BioNTech” və “Moderna” vaksinlərinin hamilələr üçün ciddi risk təşkil etmədiyi açıqlanıb
22.04.2021 10:30

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer/BioNTech” və “Moderna” vaksinləri hamilələr üçün ciddi risk təşkil etmir.

 

Aztibb.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə “New England Journal of Medicine” jurnalında nəşr edilmiş məqalədə qeyd olunub.

 

Bildirilib ki, araşdırma 14 dekabr 2020-ci ildən 28 fevral 2021-ci ilədək 16-54 yaş arası 35 691 hamilə üzərində aparılıb. Əldə edilən data hamilələrdə peyvəndin ən çox yayılmış yan təsirinin vurulduğu nahiyədə ağrıya səbəb olması, bəzi hallarda isə baş ağrısına və qızdırmaya səbəb olduğunu göstərib. Bununla belə, ekspertlər hamiləliyin ilk ayında vaksinasiyanın nəticələrinə dair, həmçinin onun uzunmüddətli təsirləri barədə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

 

Məqalənin müəllifləri qeyd edirlər ki, vaksinasiyanın faydaları potensial risklərlə müqayisədə daha çoxdur. Qeyd edək ki, hamilələr COVID-19 xəstəliyi üçün risk qrupu hesab edirlər. Daha öncə aparılan araşdırmalarla vaksinasiya edilmiş hamilələrin dünyaya gətirdiyi körpələrdə anadangəlmə antikorlar aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər