Ukraynada üç ay ərzində koronavirusa yoluxan xəstələrin sayı üç dəfə artıb
17.08.2020 20:00

Ukraynada avqustun 10-dan 16-dək 1991 nəfər COVID-19 virusuna yoluxub ki, bu da may ayının (742 xəstə) müvafiq dövrü ilə müqayisədə təqribən üç dəfə çoxdur. 

 

Aztibb.az xəbər verir ki, bu barədə brifinq zamanı Ukraynanın Səhiyyə naziri Maksim Stepanov məlumat verib.

 

Onun sözlərinə görə, xəstəxanalara vəziyyəti ağır və orta ağır olan xəstələr, yəni oksigen terapiyasına və ya reanimasiyaya ehtiyacı olanlar qəbul edilir. Ukrayna həkimləri koronavirus epidemiyasının ölkədə yayılmasının ilk dövrü ilə müqayisədə, indi daha çox sayda xəstəyə yardım göstərə bilirlər. 

 

Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə laboratoriya şəraitində 92 min 820, o cümlədən sutka ərzində 1464 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb. Koronavirusdan sağalanların sayı 48 min 164 nəfər, aktiv xəstələrin sayı isə 42 min 567 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib