Düzgün vurulmayan iynənin yaratdığı FƏSADLAR - Fleboloq-cərrah açıqladı
21.04.2021 17:09

İynə vurulduğu sahədə selülit, abses, infiltratlara az da olsa rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, bu barədə fleboloq-cərrah İsmayıl Əsgərov məlumat verib.

 

O, bildirib ki, bu hal əsasən narkoman və şəkərli diabeti kontrolsuz olan insanlarda baş verir:

 

"Hər zaman dərinin antiseptiklə silinməsinə baxmayaraq, bəzən sağlam insanlarda da bu problem meydana çıxa bilər. Bu zaman yaş nekroz formalaşır. İlkin dövr müalicədə sadəcə antibiotik yetərli olsa da, sonrakı mərhələdə cərrahi müdaxiləyə - absesin drenajlanması əməliyyatına ehtiyac olur. Nicolau sindromu zamanı isə infeksiyadan sonra quru nekroz yaranır".

 

"İynənin ucluğunun dərinin hansısa bölgəsini qidalandıran arteriyaya düşməsi ilə onu tıxaması nəticəsində bölgə qaralır, yaxşı halda sadəcə çapıq toxuması əmələ gəlir, proses dayanır. Pis halda isə quru nekroz ocağına cərrahi əməliyyat edilməli olur", - deyə həkim qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev