Koronavirusun ən çox rast gəlinən nevroloji təsiri -  Unutqanlıq
21.04.2021 16:04

Son tədqiqatlara əsasən, koronavirusun tənəffüs yolları ilə yanaşı, bütün bədən sistemlərinə, xüsusilə beyin və sinir sisteminə təsir etdiyi müəyyən edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, Hatay Mustafa Kamal Universiteti Tibb fakültəsinin professoru İsmet Melek koronavirus infeksiyasının ən çox rast gəlinən nevroloji təsirinin unutqanlıq olduğunu bildirib. O, qeyd edib ki, "Amerika Nevrologiya Jurnalı"nda nəşr olunan bir araşdırmada COVID-19 infeksiyasından sonra xəstələrin 56,4 faizinin nevroloji şikayətləri olduğu göstərilib.

 

"COVID-19 keçiridikdən sonra əsasən unutqanlıq, baş ağrısı və nevropatiya görülür", - deyə bildirən professor əlavə edib ki, yeni nəşr olunan bir araşdırmada koronavirus xəstələrində ən çox rast gəlinən nevroloji simptomlardan birinin 31,8 faizlə yaddaş zəifliyi olduğu müəyyən edilib.

 

Son məlumatlara görə, COVID-19-un tənəffüs yolu hüceyrələri ilə bərabər, beyin hüceyrələrini də sevdiyini və orada yerləşərək çoxaldığını söyləyən İ.Melek onun hər 10 xəstədən birində ani unutqanlıq, yaddaş dağınıqlığı, konsentrasiyanın pozulması, danışma çətinliyi kimi simptomlarla özünü göstərdiyini deyib.

 

Tədqiqatlar göstərir ki, bu əlamətlər koronavirus keçirdikdən sonra aylarla davam edə bilər. Bu vəziyyətin infeksiya səbəbindən beyni qoruyan təbəqənin zəifləməsi və virusun beyni asanlıqla zəbt etməsi nəticəsində meydana gəldiyi düşünülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər