İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib - VİDEO 
21.04.2021 13:57

İctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını – anasını, bacısını və bacısının həyat yoldaşını itirib. 

 

Aztibb.az xəbər verir ki, Z.Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsi olub: “Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da, bacım da maskasız olublar. Bacım onunla da virusa yoluxdu. Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda o, vəfat etdi... Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da bu virusdan rəhmətə getdi. Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur...”

 

Z.Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb. 

 

“Tez özəl klinikada analiz verdik, anamın COVID-19 testi pozitiv çıxdı və başladıq müalicəyə. Bir gün axşam gördüm ki, anam yaxşı nəfəs almır. Həmin gün KT elətdirdik və məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də virusa yoluxmuşdum, tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir. Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı...”

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər