Tədqiqat: "CoronaVac" vaksini ölüm hallarının qarşısının alınmasında 80 faiz effektlidir  
20.04.2021 15:00

Çinin “Sinovac Biotech” əczaçılıq şirkətinin COVID-19 əleyhinə haırladığı "CoronaVac" vaksini koronavirusla bağlı ölüm hallarının qarşısının alınmasında 80 faiz effektlidir.

 

Aztibb.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çili hökumətinin dərc etdiyi tədqiqatın nəticələri bunu sübut edir.

 

Tədqiqata əsasən, “Sinovac Biotech” şirkətinin vaksini xəstəliyin simptomlu hallarının qarşısının alınmasında 67 faiz, xəstəxanaya yatırılmanın aradan qaldırılmasında 85 faiz və intensiv müalicə şöbəsində qəbul olunmanın qarşısının alınmasında 89 faiz effektlidir.

 

Çilinin xarici işlər nazirinin müavini, beynəlxalq iqtisadi münasibətlər üzrə məsələlərin kuratoru və ölkədə vaksinlərin kliniki sınaqlarının keçirilməsi barədə “Sinovac Biotech” şirkəti ilə saziş bağlayan Rodriqo Yanyes yerli KİV-lərə bildirib ki, tədqiqatların nəticələri Çilinin düzgün qərar qəbul etdiyini göstərir.

 

R.Yanyes “Reuters” agentliyinə müsahibəsində deyib: “Bu, həmin vaksin üçün oyun qaydalarını dəyişir və zənnimcə, qrafiklər onun effektivliyini əyani şəkildə təsdiqləyir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər