Azalmış yumurta rezervinin əsas SƏBƏBLƏRİ - Kimlər risk altındadır? - Ginekoloq açıqladı
20.04.2021 13:19

Azalmış yumurtalıq rezervi menustrasiya tsiklinin ilk üç günündə baxılan hormonların və yenə eyni günlərdə baxılan yumurtalıqlardakı antiralfolekul yumurtalarının sayının az olması, eləcə də hər hansı bir gündə baxılan antimirlielen hormonunun azalması ilə xarakterizə olunan sindromdur.

 

Aztibb.az xəbər verir ki, bunu qadın xəstəlikləri və doğum uzmanı, reproduktiv tibb və süni mayalanma mütəxəssisi, həkim Gülnar Nuriyeva azalmış yumurta rezervindən danışarkən deyib.

 

Ginekoloq risk qrupuna aid olan simptomları da qeyd edib:

 

"Azalmış yumurtalıq rezervi daha çox hər hansı onkoloji xəstəliklə əlaqədar kimyəvi dərman terapiyası alan, endometriozisi olan, yumurtalıqlarında cərrahiyə keçirən və yaxud genetik olaraq (ana, xala və s.) zamanında öncə menapouza girmə ehtimalı olan xanımlarda müşahidə edilə bilər, yəni onlar daha çox risk altındadırlar".

 

G.Nuriyevanın sözlərinə əsasən, risk faktorları olan xanımlar 30 yaşın altında yumurtalıq rezervləri ilə əlaqəli ginekoloqa müraciət etməli, müayinə olunmalıdırlar. 

 

"Müayinə zamanı yumurtalıq rezervləri aşağı nəticə göstərən xanımlarda gələcəkdə ana olmaları ilə bağlı problem yarana bilər. Bu problemi aradan qaldırmaq üçün zamanında aşkarlanmış azalmış yumurtalıq rezervi zamanı xanımlara yumurta dondurma təklif oluna bilir".

 

Dondurulmuş yumurtanın qadınların ana olma şansını artırdığını vurğulayan həkim xanımlara zamanında ginekoloq müayinəsindən keçməyi tövsiyə edib:

 

"Qeyd edim ki, yumurta dondurluması irəli yaşda, yəni ailə planlaması zamanı daha cavan yumurtalar hamilə qalmağa imkan yaradır. Bundan başqa cavan yumurtalarla hamilə qalmaq döldə patologiya və anomaniyalar ehtimalını da azaldır.

 

Yumurtaları dondurulmuş xanımın azalmış yumurtalıq rezervinə baxmayaraq ana olmaq şansı artır. Buna görə də vaxtında ginekoloji müayinələrdən keçərkən yumurtalıq rezervləri ilə əlaqəli məlumat almalı və şərtlər daxilində yumurtaların dondurulması ilə əlaqəli ginekoloqla məsləhətləşilməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev