Dünyada son sutkada 805 mindən çox insanda COVID-19 aşkarlanıb
18.04.2021 11:08

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 805 mindən çox artaraq, ümumilikdə 139,5 milyonu keçib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

 

Məlumata görə, son bir gündə ölənlərin sayı 13,1 mindən çox artaraq 2,99 milyonu ötüb. 139 501 934 nəfər koronavirusa yoluxub, 2 992 193 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 805 794 nəfər, ölənlərin sayı isə 13 171 nəfər artıb.

 

Ötən gün ərzində yoluxma hallarının 30%-dən çoxu Cənub-Şərqi Asiyada (247 238) müşahidə edilib, ikinci yerdə Avropa (239 757), üçüncü yerdə Şimali və Cənubi Amerika (238 987) yer alıb.

 

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 176 938 nəfər. Onun ardınca Hindistan (14 526 609), Braziliya (13 746 681), Fransa (5 144 295), Rusiya (4 693 469), Böyük Britaniya (4 383 736), Türkiyə (4 150 039), İtaliya (3 842 079), İspaniya (3 396 685), Almaniya (3 123 077), Polşa (2 675 874) və Argentina (2 629 156) gəlir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər