Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
15.04.2021 10:50

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 199 min yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən günkü yoluxmalarla Hindistanda ümumi yoluxma sayı 14 milyonu ötüb.

 

Ötən sutka virus səbəbindən Hindistanda 1037 ölüm qeydə alınıb. Keçən sutka dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb. Son bir neçə gün ərzində Hindistan öz antirekordunu hər gün yeniləyir.

 

İndiyədək ölkədə 14 milyon 70 mindən çox yoluxma, 173 min 152 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 1 milyon 471 min nəfərdir.

 

Fransada son sutkada COVID-19 epidemiyasına 43 min 505 yeni yoluxma və xəstəxanalarda 297 ölüm faktı qeydə alınıb.

 

Epidemiya başlayandan ölkədə 5 milyon 149 min 834 nəfər koronavirusa yoluxub. Virus qurbanlarını ümumi sayı 99 min 777-yə çatıb. Fransa Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunun epidemiologiya mərkəzinin məlumatına görə ölkədə koronavirusdan ölənlərin sayı bir neçə həftə əvvəl 100 mini keçib. Bu mərkəzin məlumatları ölüm şəhadətnamələrinə əsaslandığı üçün daha etibarlı hesab olunur.

 

Hazırda xəstəxanalarda 30 min 868 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 5 min 902 virus xəstəsi intensiv müalicə alır. Son 24 saatda reanimasiya şöbəsinə 441 yeni xəstə daxil olub. Xəstəxanalarda bu günə qədər 315 min 152 koronavirus xəstəsi sağalıb.

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artımın qarşısı alınmır.

 

Aprelin 14-də ölkədə 310 min 420 nəfər testdən keçirilib. Onların 62 min 797 nəfərində infeksiyanın olduğu aşkarlanıb, 2 min 802 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 279 nəfər ölüb, 55 min 413 nəfər isə sağalıb. Hazırda 3 min 18 nəfər reanimasiyadadır.

 

COVID-19 yayılmağa başlayandan bu günədək Türkiyədə 4 milyon 25 min 557 nəfərdə infeksiya aşkar olunub. Onlardan 34 min 734 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

 

Rusiyada son sutkada daha 8 944 nəfər COVID-19-a yoluxub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 675 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 104 398-ə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 301 448 nəfər sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 2491 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 378 305 nəfərə çatıb. 

 

Son sutka ərzində 38 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 161 nəfərə çatıb.

 

Gürcüstanda ötən sutkada koronavirusa 1 030 yeni yoluxma faktı təsdiqlənib, 706 nəfər sağalaraq evə buraxılıb, 7 pasiyent vəfat edib.

 

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 292 244 nəfər yoluxub. Onların 279 389-u sağalıb, 3 908-i isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 155, stasionar nəzarətdə isə 2 616 nəfər saxlanılır.

 

Ermənistanda COVID-19-a yoluxanların sayı 206 142 nəfərə çatıb.

 

Ötən sutka ərzində daha 1014 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 23 nəfər ölüb.

 

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3817 nəfərə çatıb.