Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər  
15.04.2021 09:32

Beynəlxalq tibb ekspertlərinin icmalı göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda insulta qədər beyin zədələnməsi yarana bilər. Bundan başqa, xəstəlikdən əsəb hüceyrələri və onurğa da ziyan çəkə bilər.

 

Aztibb.az xəbər verir ki, alimlərin tədqiqatının nəticələrini “The Lancet” nəşri dərc edib. Tədqiqatda 38 uşaq iştirak edib, alimlər MRT-nin (Maqnit Rezonans Tomoqrafiya) köməyi ilə virusun mərkəzi sinir sisteminə mənfi təsirini müəyyən edə biliblər.

 

Xəstələrin bir çoxunda onurğa, sinir köklərinin anormal gərginliyi qeydə alınıb. Bu, yalnız MRT-də görünüb. Bəzi uşaqlarda nadir hallarda ifliclə nəticələnən onurğa beyni iltihabı əmələ gəlib.

 

Tədqiq olunmuş 38 uşaqdan 4-ü bir müddət sonra koronavirusdan ölüb. Daha 4 uşaqda tromb - işemiya xəstəliyi, 1 uşaqda isə beyinə çoxsaylı qanaxma ilə nəticələnən insult inkişaf edib.

 

Qeyd edilir ki, koronavirusdan sonra gənc xəstələrdə qıcolmalar, şüurun depressiyası, serebrovaskülit (beyin damarlarının iltihabı), ensefalit inkişaf edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər