Laçın Rayon Vergilər şöbəsinin rəisi COVID-19-dan ölüb
14.04.2021 10:06

Laçın Rayon Vergilər şöbəsinin rəisi Fariz Zeynallı vəfat edib.

 

Aztibb.az-ın məlumatına görə, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

 

F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, F.Zeynallı 1959-cu ilin yanvar 1-də Laçın şəhərində anadan olmuşdu. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışmışdı. 2006-cı ildən Laçın Rayon Vergilər şöbəsinin rəisi işləyirdi.

 

Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli sərəncamı ilə o, “Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilmişdi.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər