Koronavirusun “Britaniya” ştammı 132 ölkədə aşkarlanıb  
14.04.2021 09:15

İlkin olaraq Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı, son iki həftə ərzində daha iki ölkədə aşkar edilib və belə ölkələrin ümumi sayı 132-yə çatıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

Qeyd olunub ki, Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammının yayılma coğrafiyası 82 dövlətə qədər genişlənib, ilk olaraq Braziliya və Yaponiyada aşkarlanmış P. 1 ştammı isə hazırda 52 ölkədə dövr edir.

 

ÜST-nin məlumatına görə, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı dekabr ayından dövr edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər