Türkiyədə Ramazanda karantin yenidən sərtləşdirilir - Qadağalar
13.04.2021 22:36

Türkiyədə Ramazan ayında koronavirusla əlaqədar qismən qapanmalara gediləcək.

 

Aztibb.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Ramazan ayının ilk iki həftəsində tədbirləri bir az da sərtləşdirərək, qismən qapanma tətbiq edəcəyik”, - deyə dövlət başçısı bildirib. 

 

Qismən qapanma ilə əlaqədar qəbul olunmuş qərarlar belədir:

 

- Həftəsonu küçəyə çıxma qadağası davam edərkən, həftəiçi küçəyə çıxma qadağası axşam 19:00-dan səhər 05:00-dək davam edəcək;

 

- Küçəyə çıxma qadağası saatlarında məcburi hallar istisna olmaqla, şəhərlərarası səyahətlərə icazə verilməyəcək;

 

- 65 yaşdan yuxarı - 18 yaşdan aşağı şəxslərin ictimai nəqliyyatdan istifadəsinə qoyulan məhdudiyyət yenidən bərpa olunur;

 

- Tədris imtahan ərəfəsində olan VIII və XII siniflər və məktəbəqədər təhsil müəssisələri istisna olmaqla distant formada davam edəcək;

 

- Kafe, qiraətxana, çay evləri və bənzər məkanlar fəaliyyətlərinə bayramdan sonrayadək fasilə verəcək;

 

- Yeməkxana və bənzər obyektlər Ramazan boyu çatdırılma sisteminə keçəcək;

 

- Xınayaxdı, toy, ümumi şura kimi iclaslar bayram sonrasına qədər təxirə salınır;

 

- Hotellər sadəcə öz müştəriləri ilə xidməti davam etdirəcəklər;

 

- Qonaqlama müəssisələri, evlərdə kütləvi iftar və bənzər fəaliyyətlər həyata keçirilməyəcək;

 

- Qadağaların tətbiqinə sabah axşamdan başlanılacaq.

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər