Baş infeksionist: Peyvənd olunan şəxslər arxayınlaşmamalıdır
13.04.2021 15:16

Vətəndaş bilməlidir ki, yalnız ikinci doza vaksini vurdurduqdan bir müddət sonra bədənində immunitet yaranır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vaksinasiya koronavirusdan 100 faiz qorumadığı üçün heç kəs tam arxayınlaşmalı deyil:

 

“İmmun sistemi fərqli reaksiya verir. Misal üçün yaşlı insanlarda immun sistemi zəif olduğundan ola bilər ki, immun titləri gecikə bilər, yaxud az ola bilər. Bilməliyik ki, vaksinasiya bizi virusdan tam 100 faiz qorumur. Ona görə də, yaxşı olar ki, biz həyat tərzimizi necə ki, pandemiyanın ilk günlərində olduğu kimi davam etdirək. Maska taxmaq, gigiyena qaydalarına riayət etmək, ara məsafəsini saxlamaq. Peyvənd olunsaq da, hər ehtimala qarşı sanitar-epidemioloji qaydaları gözləmək lazımdır. Qaydalara riayət etmək yoluxmanı minimuma gətirib çıxara bilər”.

 

T.Eyvazov əlavə edib ki, biz o zaman arxayın ola bilərik ki, yoluxma sayı kəskin azalacaq və epidemik vəziyyət qırılacaq: “Ancaq buna hələ çox var. Belə ki, pandemiyanın bitməsi üçün əhalinin əksəriyyətinin peyvənd olunması gərəkdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər