Avropada pandemiya başlayandan ölüm hallarının sayı bir milyonu ötüb
13.04.2021 14:23

Koronavirus pandemiyası başlayandan bəri Avropa regionunda koronavirusla əlaqədar ölüm hallarının sayı bir milyonu ötüb. Bununla da Avropa dünya regionları arasında koronavirusla əlaqədar ən çox ölüm halı qeydə alınan regiondur.

 

Aztibb.az xəbər verir ki, 52 ölkə və qitədən kənar ərazilərlə birlikdə Avropada ölüm hallarının sayı aprelin 10-da 1 000 288 nəfər olub. Bu barədə statistikanı AFP agentliyi dövlət qurumlarının rəsmi məlumatları əsasında hazırlayıb. Avropada indiyədək yoluxma halların sayı isə 46,5 milyona çatıb. Avropa ölkələri içərisində ölüm statistikasında ən acınacaqlı vəziyyət Böyük Britaniya (127 100), İtaliyada (114 612) və Rusiyada (103 263) müşahidə olunur.

 

Avropadan sonra ən yüksək ölüm halı Latın Amerikasında (832 577) və Şimali Amerikada (585 428) qeydə alınıb. Asiyada isə bu göstərici 285 824 nəfərə bərabərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər