Nazir: Türkiyədə koronavirusa yoluxmaların 85 faizi “Britaniya ştammı”dır
12.04.2021 22:53

“Türkiyədə COVID-19-a yeni yoluxmaların 85 faizi virusun Böyük Britaniyada aşkarlanmış və mutasiyaya uğramış variantıdır”. 

 

Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində pandemiya əleyhinə mübarizə məqsədilə yaradılan Elm Qurumu üzvləri ilə növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

 

Nazir deyib ki, Türkiyə hazırda pandemiyanın ən güclü yayılma mərhələsini yaşayır: “Ölkə ərazisinin 80 faizi hazırda riskli bölgələrdir, lakin buna baxmayaraq ağır xəstə sayında artım müşahidə olunmur”. 

 

F.Qoca indiyədək Türkiyədə yeni növ koronavirus əleyhinə 18 milyondan çox insanın peyvənd olunduğunu, 7,5 milyonun isə ikinci peyvəndinin tamamlandığını deyib: “Türkiyə dünyada ən çox peyvənd etdirən ölkələr sırasında 6-cı yerdədir”. 

 

Nazir Ramazan bayramının başlaması ilə əlaqədar Nazirlər Kabinetinə Elm Qurumunun “COVID-19-la mübarizə tədbirləri haqqında” müvafiq təkliflərinin təqdim olunacağını da  vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər