Səhiyyə Nazirliyinin nümayəndəsi:  İndi peyvəndin qoruyuculuğuna şübhə edənlərə çox az rast gəlinir
12.04.2021 16:04

Yeni növ koronavirus (COVID-19) pandemiyası peyvəndlərin yaradılmasında yeni bir dövrün əsasını qoydu. Əvvəllər peyvəndin istehsalı üçün 10-15 il vaxt lazım gəlirdisə, indi həmin müddət bir ilə qədər azaldı. Vaksinasiyanın əsas məqsədi orqanizmdə güclü immunitet yaratmaq, yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısını almaqdır. Beləliklə, ötən il iyunun əvvəllərində Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini qeydə alındı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya ölkələri COVID-19-a qarşı 180-ə yaxın peyvənd hazırlayıb. Onlardan 35-i insanlar üzərində sınaqdan keçirilib.

 

Ölkəmizdə hazırda “CoronaVac” vaksinindən istifadə olunur. Bu peyvənd immun sistemini hərəkətə gətirməklə yanaşı, xəstəliyə qarşı güclü mübarizə aparır.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova peyvəndin kimlərə vurulub-vurulmaması barədə məlumat verərkən deyib: “Peyvənd olunan gizli COVID-19 xəstəsi olduqda və özü də bu barədə xəbərsizdirsə, yaxud bir müddət əvvəl özü də hiss etmədən xəstəliyə yoluxub sağalıbsa, bunun heç bir zərəri və təhlükəsi gözlənilmir, çünki onun orqanizmində anticisimlər formalaşmış olur. Lakin hansısa xəstəliyin klinik olaraq təzahürü varsa - fərqi yoxdur, istər infeksion, istər cərrahi xəstəliklər, istərsə də kəskin insult olsun - peyvənd olunmaq əks göstərişdir. Ümumiyyətlə, hər hansı dərman preparatına qarşı həmişə əks təsir ola bilər . Lakin bunu da nəzərə almaq lazımdır ki, insan orqanizmi fərdi xüsusiyyətlərə malikdir və ona görə bu barədə qabaqcadan hansısa proqnoz vermək olmaz. Lakin müəyyən xəstəlik qrupları var ki, məsələn, kəskin allergik reaksiyalar varsa, həmin dövrdə peyvənd vurulmur”.

 

“Hamilələrin vaksin edilməsi ilə əlaqədar tədqiqatlar aparılmayıb. Ona görə də onlara peyvənd vurulması hələlik əks göstərişdir. Bununla əlaqədar kifayət qədər məlumat yoxdur. Əgər hamiləlik planlaşdırılırsa, bu, peyvənddən iki ay sonra ola bilər”, - deyə həkim əlavə edib.

 

Peyvənddən əvvəl və sonra əməl olunmalı qaydalar barədə məlumat verən Səhiyyə Nazirliyinin nümayəndəsi deyib: “ İndi xəstəliyin növbəti bir dalğası yaşanır və təbii ki, peyvənd olunmaq istəyənlərin də sayı artıb. Pandemiyanın ilk dövrlərində peyvəndlər haqqında müəyyən şayiə və söz-söhbətlər yayılmışdı, indi xəstəliyin olmamasına və peyvəndin qoruyucu gücünə şübhə edənlərə çox az-az rast gəlinir. Peyvənd olunmağa gedəndə anamnezində olan xəstəliklər barədə, nə vaxtsa anafilaktik şok keçiribsə, bu barədə mütləq həkimə məlumat vermək lazımdır. Peyvənd ediləndən sonra heç bir allergik reaksiya müşahidə olunmursa, rahatlıqla evə getmək olar. İnyeksiya yerinə toxunmaq və su vurmaq olmaz. Ona görə də peyvənddən sonra üç-beş gün ərzində sauna və hovuzdan istifadə etməmək tövsiyə olunur. Həmçinin bir müddət özünü soyuqdan qorumaq, iynə vurulan qolu yükləməmək və bədəni yormamaq məsləhət görülür”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi