Çində COVID-19-a qarşı daha bir vaksinin kliniki sınaqlarına icazə verilib  
12.04.2021 15:05

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası “Sinopharm” şirkəti ilə Milli Peyvənd və Zərdab İnstitutunun birgə hazırladığı COVID-19 infeksiyasına qarşı peyvəndin kliniki sınaqlarına icazə verib.

 

Aztibb.az www.rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sinopharm” şirkəti “Weibo” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb. Rekombinant vaksin texnologiyasına əsaslanan peyvəndin kliniki sınaqlarının Çin ilə yanaşı, bəzi xarici ölkələrdə də aparılması nəzərdə tutulub.

 

Bildirilir ki, bu tip vaksinlər kütləvi istehsal üçün daha əlverişlidir və istehsal zamanı yüksək biotəhlükəsizlik qaydaları tələb olunmur. Çünki istehsal zamanı canlı viruslardan istifadə olunmur.

 

Qeyd edək ki, bu, “Sinopharm” şirkətinin COVID-19 virusuna qarşı 3-cü peyvəndidir. Bundan əvvəlki 2 vaksin inaktiv (təsirsiz) peyvənd olub. Həmin peyvəndlər hazırda Çində və bir neçə ölkədə vaksinasiya prosesində istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər