Türkiyəli həkim: "Xroniki xəstəlikləri olanlar oruc tutmadan əvvəl həkimə müraciət etməlidir"
03.04.2021 15:18

Türkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.

 

Aztibb.az  xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.

 

Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: "Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana "oruc tutma" deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik".

 

Xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl həkimlərinə müraciət etmələrinin lazım olduğunu vurğulayan N.Z.Cantürk bildirib ki, ürək xəstəliyi olan insanlar Ramazan ayında yüngül pəhriz ilə yağdakı xolesterol miqdarını azalda bilərlər: "Bu şəxslər qidalanma baxımından Ramazandan yaxşı istifadə edərlərsə, sağlamlıqlarına faydalı ola bilər, ancaq həkimlərinin tövsiyələrini mütləq almalıdırlar. Diabetli xəstələr oruc tuturlarsa, diabetin müddəti və şəkərli diabetin komplikasiyasının olub-olmaması nəzərə alınmalıdır. "Sahurda çox yeyirəmsə, gün ərzində daha asan oruc tutacağam", demək mümkün deyil. Nə qədər şirin, kalorili qidalar yeyirlərsə, bir o qədər çox çətinlik çəkə bilərlər".

 

Professor insanları Ramazan ayında balanslı bəslənməyə səsləyib və iftarla sahur arasında kifayət qədər maye qəbul edərkən gün ərzində çox problem olmayacağını qeyd edib:

 

"İftarda əvvəlcə bir stəkan su içməliyik, o zaman zeytun və ya xurma yeyilə bilər. Xurma liflə zəngin qida olduğundan qan şəkərini tədricən artıracaq, buna görə iftar zamanı sağlamlığımıza müsbət təsir göstərir. İftar zamanı qidanı yavaş-yavaş yeməyimiz lazımdır. Sürətli yeyəndə bədənə zərər verə bilərsiniz. Söhbət orucun faydalarından gedir, amma tövsiyələrə əməl etməsək, orucun xeyirindən daha çox zərəri ilə qarşılaşa bilərik. Ramazan ayında ət istehlakı artır, lakin tərəvəz və digər qidalar da həftənin müəyyən günlərində istifadə edilməlidir", - N.Z.Cantürk əlavə edib.(Publika.az)

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər