"Nəfəsalaq" kampaniyasını dəstəkləmirəm - Tanınmış həkim  
10.04.2021 23:33

Tanınmış həkim Vasif İsmayıl açıq havada tibbi maska taxılmasına etiraz olaraq sosial şəbəkələrdə başladılan #nəfəsalaq kampaniyası ilə bağlı düşüncələrini paylaşıb.

 

V.İsmayıl epidemiyanın tez bitməsi üçün maska taxmaq məcburiyyəti ilə bağlı tədbirləri dəstəklədiyini bildirib:

 

"Gözlük taxan biri kimi ilin istənilən fəslində maska taxmaq mənim üçün daha əziyyətlidir. Maska taxmaq bəzi insanların ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bunları başa düşürəm.

 

Açıq havada 2 metr ətrafda insan olmasa, maska taxmaq qaydasının heç bir tibbi əsası yoxdur. Verilən qərar tamamilə adminstrativ ehtiyacdan irəli gəlir.

 

Necə?

 

Bundan əvvəl ətrafda insan yoxdursa, maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər.

 

Buna görə də, açıq havada maska taxmaq məcburiyyəti gətirildi.

 

İndiki zamanda epidemiyanın mümkün olduqca tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır.

 

#nəfəsalaq kampaniyasının isə əksinə, buna mane olduğunu düşünürəm və dəstəkləmirəm".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər