İranda COVID-19 ilə bağlı həyəcan təbili - Dördüncü dalğa
10.04.2021 23:25

İranda koronavirus epidemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar olaraq ictimai nəqliyyat daxil olmaqla bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Prezident Həsən Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdikdən sonra təcili tədbirlər hazırlanaraq həyata keçirilib. İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, eləcə də bazar və ticarət mərkəzlərinin fəaliyyəti 10 gün müddətində qadağan edilib.

 

Qeyd edək ki, son 24 saat ərzində İranda 22 min 478 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 155 nəfər isə həyatını itirib. İranda koronavirusa yoluxub ölənlərin sayı 64 min 39 nəfərə çatıb.

 

Rəsmi qeydiyyatda olan xəstə sayı 2 milyon 29 min 412 nəfərdir. İran xəstəxanalarında yer olmadığı üçün həkimlər yoluxan xəstələrə internet vasitəsilə məsləhət verirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər