Səhiyyə komitəsinin sədri beynəlxalq qurultayın sessiyasına rəhbərlik edib
09.04.2021 19:12

Aprelin 7-dən 9-dək Avrasiya və MDB ölkələrinin onkoloq və radioloqlarının akademik N.N.Trapeznikovun xatirəsinə həsr olunmuş növbədənkənar qurultayı keçirilib.

 

Aztibb.az xəbər verir ki, ilk qurultayın 25 illiyinə həsr olunmuş tədbirin məqsədi əhaliyə göstərilən onkoloji yardımın daha da təkmilləşdirilməsi üçün elmin bu sahədəki yeni nailiyyətləri ilə daha çox sayda həkim-onkoloqların tanış olmasıdır.

 

Qurultayda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov “Sümük və yumşaq toxuma şişləri” sessiyasına sədrlik edib.

 

Sessiya zamanı Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Moldova və Qırğızıstanın aparıcı həkim-onkoloq və mütəxəssislərinin sümük və yumşaq toxuma şişlərinin müalicəsi zamanı tətbiq olunan target terapiyası, endoprotezləşdirmə və digər rekonstruktiv üsul və əməliyyatlarla bağlı təqdimatlar olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər