Bir sıra dünya ölkələrində COVID-19-la bağlı son statistika
09.04.2021 09:12

Hindistanda son sutkada 131 900 nəfərdə koronavirus aşkarlanıb. Bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır.

 

Ölkədə koronavirusa yoluxanların sayı 13 059 574 nəfərə çatıb.

 

COVID-19-un qurbanlarının ümumi sayı isə 167 mini ötüb. 11,9 miyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 979 min şəxsin müalicəsi davam edir.

 

Türkiyədə koronovirusa sutkalıq yoluxma sayı növbəti  dəfə rekord həddə çatıb. 

 

Ölkədə 55 941 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.  Bu infeksiyadan 258 nəfər həyatını itirib. 

 

2316 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə Türkiyədə koronovirusdan ölənlərin sayı 33 201 nəfərə yüksəlib.

 

Rusiyada son bir gündə daha 9 150 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 623 984 nəfərə çatıb. Rusiyada virusdan ölənlərin sayı isə daha 402 nəfər artaraq 102 247-yə yüksəlib.

 

Yunanıstanda koronavirusa yoluxanların sayı 288 min 230 nəfərə çatıb.

 

Son 24 saat ərzində 3215 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 8680 nəfərdir, 266 min 813 nəfər sağalıb.

 

Argentinada ötən gün ərzində aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 23 683 nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

 

Ardıcıl üç gündür ölkədə aşkarlanan yoluxmaların sayı 20 mindən çoxdur. Belə ki, 6 apreldə 20 870, 7 apreldə isə 22 039 nəfərdə koronavirus aşkarlanıb.

 

Son sutkada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 290 nəfər olub.

 

Braziliyada son bir gün ərzində daha 82 826 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması, 3 928 nəfərin isə bu virusdan həyatını itirməsi təsdiq edilib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 13 279 857 nəfər yoluxub, mülaicə alan 345 025 koronaviruslu xəstə ölüb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 993 min 613 nəfərə çatıb.

 

Ötən gün ərzində kəskin artım müşahidə olunur. 4989 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 24 min 733 nəfərdir. 890 min 528 nəfər xəstəlikdən sağalıb.

 

Gürcüstanda ötən sutkada koronavirusa 777 yeni yoluxma faktı təsdiqlənib, 342 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 287 183 nəfər yoluxub. Onların 276 426-sı sağalıb, 3 858-i dünyasını dəyişib.

 

Ermənistanda son sutkada koronavirusa 1 029 yoluxma qeydə alınıb.

 

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 201 158-ə çatıb.

 

Məlumata görə, ölkədə son sutkada daha 22 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 697 nəfərə yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər