Ənginarın orqanizmə inanılmaz TƏSİRİ - Qaraciyərin təmizlənməsində effektiv ÜSUL
08.04.2021 18:45

Yaz fəsli orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövrdür. Orqanizmi birbaşa yeniləyən və dəstəkləyən orqanlardan biri də qaraciyərdir.

 

Qaraciyər orqanizmin biyokimyəvi beynidir. Qaraciyər bir neçə dəqiqə ərzində ən güclü və ən mükəmməl laboratoriya olaraq, orqanizm üçün tələb olunan maddələri sintez edir və lazımsız maddələri parçalayır. Qan dövranından çıxarılan, yağda həll olan tullantı maddələri bir yerə toplanaraq ödlə qarışır. Öd yalnız tullantı maddələrin xaric edilməsində yox, həzm prosesində də iştirak edir - mədəaltı vəzin ferment sistemini aktivləşdirir.

 

Orqanizmin təmizlənməsi, detoksikasiyası ilə yanaşı qaraciyər orqanizm üçün həyati vacib maddələri (hormonlar, fermentlər və digər) sintez edir.

 

Fəsillər arasında keçid zamanı, həmçinin isti dövrdə qaraciyərə xüsusi dəstək tələb olunut.  Bu vaxtı qaraciyər hüceyrələri - hepatositlər şlaklardan və digər lazımsız maddələrdən aktiv şəkildə azad olunur.

 

Hələ qədim dövrlərdən ayurvedaçılar (uzunömürlülük elmi ilə məşğul olanlar) hepatoproteksiyaya (qaraciyərin qorunmasına) böyük əhəmiyyət verib. 

 

Hesab olunur ki, insanın sağlamlığı qaraciyərin sağlamlığından çox asılıdır. Bu gün müasir elm, tibbin bütün sahələri və cərəyanları qaraciyərin orqanizm üçün mücərrəd rol oynadığını, qaraciyərin yerinə yetirdiyi funksiyalar sayəsində  orqanizm üçün əvvəzsiz olduğunu təsdiq edirlər.

 

Qaraciyərin köməyə ehtiyacı olan əsas simptomlar:

 

Sağ qabırğaaltı nahiyədə ağırlıq hissi və ağrı;

Qarnın köpməsi;

Aızda acılıq hissi;

iştahanın pozulması;

Ürəkbulanma;

Qəbizlik;

Davamlı yorğunluq hissi;

Dəri problemləri.

 

Bu simptomlardan bir neçəsinin müşahidə edilməsi qaraciyərin təmizlənməli olduğuna dəlalət edir.

 

Qaraciyərin sağlamlığını qorumaq üçün ilk addımlardan biri də qida rasionuna nəzarətdir:

 

yağlı məhsulların çox olması, alkoqol, qızardılmış qidalar qaraciyərin sağlamlığına mənfi təsir göstərir. Qida qəbulu çox olmamalıdır, gündə 4-5 dəfə orta porsiyalarla yemək daha yaxşıdır. Bütün bu tədbirlər effektivdir, lakin həmişə kifayət qədər deyil. Bu səbəbdən bəzi hallarda qaraciyərin işini dəstəkləyən və zədələnmiş hüceyrələrin bərpasına kömək edən preparatlar qəbul etmək lazımdır.

 

Müxtəlif qruplardan və tərkiblərdən ibarət preparatlarla aparılan uzun müddətli araşdırmaların və tədqiqatların nəticələrinə əsasən mütəxəssislər belə bir nəticəyə gəliblər ki,  ən yaxşı hepatoprotektorlar - bitki mənşəlidir.

 

Bir çox bitki mənşəli hepatoprotektorun tərkibində ənginar, fosfolipidlər, alaqanqal və digər sübut olunmuş maddələr vardır. Onlar bir birindən təsiredici maddənin miqdarı və orqanizmə təsiri ilə fərqlənirlər.

 

Qədim loğmanlar bütün xəstəliklər zamanı ənginar yeməyi tövsiyyə edirdilər. Ənginar istifadə etməklə insanlar qaraciyəri qorumuş, bərpa etmiş və qaraciyərin fəaliyyətini yaxşılaşdırmış olur.

 

Ənginar orqanizmə çoxtərəfli təsir göstərən ideal təbii vasitədir: qaraciyəri sağaldır və bərpa edir, köp və qəbizlik zamanı, yağlı qidaları həzm etmək üçün ödün və həzm sisteminin işini yaxşılaşdırır; qan damarlarına müalicəvi təsir göstərir, qanda xolesterinin səviyyəsinin azalmasına kömək edir; böyrəkləri təmizləyir və onların fəaliyyətini stimullaşdırır; immun sistemini gücləndirməyə kömək edir və orqanizmin müqavimətini artırır; orqanizmin erkən yaşlanmasının qarşısını alır.

 

Ənginardan müalicəvi effekt əldə etmək üçün ondan gündəlik istifadə olunmalıdır. Reallıqda isə müasir dövrdə bu mümkün deyil. Bu səbəbdən tərkibində ənginar olan preparatlar istehsal olunur. Mütəxəssislər bildirir ki, belə preparatlar seçən zaman daha effektli və keyfiyyətli nəticə əldə etmək üçün ənginarın dozasına diqqət yetirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib