Azərbaycanda vaksinasiya prosesində "AstraZeneca"nın vurulmasına başlanılmayıb - Rəşad Mahmudov
08.04.2021 14:57

Pandemiya ilə birlikdə bir həqiqəti də öyrənmiş olduq ki, dünya əsası olmayan və sübuta yetirilməyən məlumatların daha sürətlə yayılması kimi bir problemlə üz-üzədir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O, qeyd edib ki, bu kimi informasiyalar insanlar və ölkələr arasında ciddi çaşqınlıqlar yaradır:

 

"Eləcə də vaksindən əvvəl insanlarda bu xəstəliyin qəbul edilməsi ilə bağlı problemlər var idi. Peyvənd tapılandan sonra isə peyvənd barədə şübhələr yarandı, son günlərdə də bir neçə ayrı-ayrı peyvənd, o cümlədən "AstraZeneca"ya qarşı həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır".

 

R.Mahmudov bildirib ki, hər bir dövlət və mütəxəssislər bu sahə üzrə tədqiqat mərkəzlərinin, institutların və ÜST-ün verdiyi tövsiyələrə uyğun hərəkət edir:

 

"Onun xaricində atılan addımlar heç də peşəkarlığı əks etdirməyəcək. "AstraZeneca" peyvəndi ilə bağlı suallara ÜST geniş şəkildə cavab verib. Qeyd olunub ki, bu preparatla qan laxtalanması arasında sübuta yetirilmiş heç bir nəticə yoxdur. Bu barədə tək Azərbaycana deyil, bütün ölkələrə məlumat verilib. Ancaq Azərbaycan bu məsələdə ehtiyatlı davranaraq, təhlükəsizliyin təmin edilməsi üçün lazım olan addımları atır. Həmçinin vətəndaşlar bilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər Çindən alınan vaksin var və bu gün vaksinasiya prosesində "AstraZeneca"nın vurulmasına başlanılmayıb. Bununla belə bilmək lazımdır ki, Böyük Britaniyada böyük bir kütləyə "AstraZeneca" vaksini vurulub və vaksinasiyanın müsbət nəticələrinə görə, Böyük Britaniya öndə gedən ölkələr sırasındadır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər