Vaksinasiya barədə saxta sənədlərə görə ciddi cəzalar lazımdır
08.04.2021 10:36

Bəzi tibb müəssisələrində peyvənd vurulmasını təsdiq edən sənədin pul qarşılığında verildiyi barədə gəzən şayiələrin reallığa uyğun olmadığını düşünmək istərdim. Ancaq bu həqiqətdirsə, çox təəssüfedicidir. Dövlətimiz, əlaqədar qurumlar, tibb işçiləri gecə-gündüz koronavirusla mübarizə aparırlar. Bu cür mənfi hallar isə görülən bütün işlərə kölgə salır.

 

Bunu Azərbaycan Milli Məclisi Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov son vaxtlar sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndlə bağlı saxta sənəd alan vətəndaşlarla əlaqədar məlumatların yayılmasına münasibət bildirərkən qeyd edib.

 

O, pandemiya zamanı belə mənfi halların sosial şəbəkələrdə müzakirə edilməsinin tibbi baxımdan arzuedilməz olduğunu söyləyib.

 

“Belə məsələlərdə kiçik bir həqiqət ehtimalı varsa, müvafiq qurumlar bu mövzuda tədbir görməlidir. Bu cür halların təkrarlanmasının qarşısını almaq üçün problemi araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək lazımdır”, - deyə həkim bəyan edib.

 

O, peyvənd prosesinin ölkə və ümumi əhali üçün əhəmiyyətini də vurğulayıb.

 

“Unutmamalıyıq ki, peyvənd istənilən pandemiyaya qarşı mübarizədə qızıl açardır. Peyvəndin vaxtında və geniş miqyasda həyata keçirildiyi ölkələr və cəmiyyətləri firavan bir gələcək gözləyir”, - deyə R.Mahmudov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər