Peyvəndlənmənin üstünlükləri barədə maarifləndirmə işləri gücləndirilməlidir -  Tibb üzrə fəlsəfə doktoru
07.04.2021 14:15

Tarixən bir çox ağır xəstəliklər və təhlükəli viruslarla qarşılaşan dünya bu gün sağlamlığın əsas düşməninə çevrilmiş yeni növ koronavirusla (COVID-19) pandemiyası ilə mübarizə aparır. Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən infeksiyaya qarşı yeganə mübarizə üsulu olan peyvəndlənmə tədbiri daha çox əhali kütləsini əhatə etməyə başlayıb.

 

Bu barədə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova məlumat verib: “Azərbaycan MDB məkanında vaksinasiya prosesinə ən erkən başlayan ölkələrdən biridir. Yanvarın 18-dən başlayan və pandemiyaya qarşı alternativsiz mübarizə üsulu olan əhalinin peyvəndlənməsi prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə hallarına və əsasən də ağırlaşmalar az müşahidə ediləcək. İndi biz həkim-infeksionistlərin də ən başlıca vəzifəsi bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə və təşviqat işi aparmaq, peyvəndlənmənin üstünlüklərini onlara başa salmaq və normal həyata qayıtmağın bu prosesdən keçdiyini izah etməkdən ibarətdir.

 

İlk növbədə, vaksinlənmədən yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən hər kəsə başa salınmalıdır ki, peyvənd vurulması hətta yoluxma zamanı ağırlaşma halları ilə üzləşməyə imkan vermir, fəlakətli və ağır nəticələrdən xilas edir. Ona görə də əhalinin 70-80 faizinin bu prosesə cəlb olunması əvvəlki həyata aparan xilas körpüsü rolu oynayır. Nə qədər ki, bu prosesdən kənarda qalanlar olacaq, onda yoluxma da, xəstələnmə halları da davam edəcək, virus daşıyıcıları da olacaq və deməli, hələ infeksiya təhlükəsindən asılı qalan insan həyatı da olacaq. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, vaksinasiya prosesinə qoşulsunlar, inyeksiya olduqdan sonra isə arxayınçılığa yol vermədən əvvəlki qaydada qorunma tədbirlərinə əməl etsinlər. Həmin tədbirlərə nə qədər tez və ciddi şəkildə nail ola bilsək, bəşəri təhlükədən də o qədər tez qurtula biləcəyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər