COVID-19 əleyhinə “Moderna” vaksini azı 6 ay müddətinə müdafiəni təmin edir - TƏDQİQAT
07.04.2021 12:29

COVID-19 əleyhinə “Moderna” vaksininin artıq hər iki dozasını alan milyonlarla amerikalı yeni tədqiqatın nəticəsindən razı qalacaqlar.

 

Aztibb.az www.usnews.com-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri barədə hesabatda bu vaksinin azı 6 ay ərzində xəstəliklərdən müdafiə etmək qabiliyyətinə malik olduğu qeyd edilir.

 

Yeni tədqiqatda vaksin bəyəniləndən əvvəl onu öz üzərində testdən keçirmiş 33 nəfər iştirakçının vəziyyəti izlənilib. ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun əməkdaşı Nikol Doria-Rouzun sözlərinə görə, vaksinin ikinci dozası ilə peyvəndləndikdən 6 ay sonra “bütün yaş qruplarında anticisimlərin fəallığı yüksək səviyyədə qalırdı”. İnstitutun alimlər komandası tədqiqatın nəticələrini “The New England Journal of Medicine” nəşrində dərc ediblər.

 

Ümidverici nəticələr “Pfizer-BioNTech” şirkətlərinin istehsal etdiyi digər əsas ikidozalı vaksin üçün analoji nəticələrin ardınca əmələ gəlib. Şirkətlər tərəfindən aprelin 1-də dərc edilən tədqiqatların nəticələri göstərib ki, onların vaksini insanlara ikinci doza vurulduqdan 6 ay sonra azı 91 faiz effektli olaraq qalmaqdadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər