COVID-19 əleyhinə vaksinlərin tədqiqatı üçün könüllülər dəvət olunur - Bakı Sağlamlıq Mərkəzi 
06.04.2021 16:58
Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID- 19 koronavirus infeksiyasının profilaktikası üçün - Rusiyanın "&quot", "Sputnik-V&quot" və İngiltərə-İsveç birgə istehsalı olan “R-COVİ” vaksinlərinin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir.
 
Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında “R-Pharm” Şirkətlər Qrupu, ""AstraZeneca&quot" şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır.
 
Aztibb.az xəbər verir ki, klinik tədqiqatlar araşdırmaların planlaşdırılması və aparılması üzrə beynəlxalq etik və elmi GCP (Good Clinical Practice - Müvafiq Klinik Təcrübə) standartına müvafiq olaraq, eləcə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik tədqiqat protokoluna əsasən həyata keçirilir.
 
Sınaqlarda yaşı 18-dən yuxarı hər bir vətəndaş iştirak edə biləcək. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcək. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklər sığortalanacaq. Həm tədqiqatın özü, həm də iştirak qaydaları haqqında daha ətraflı məlumatı aşağıdakı nömrəyə zəng edərək əldə edə bilərsiniz:
 
(+994 51) 201 70 89 (9:00 – 17:00)
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər